Parlamentdə büdcə müzakirəsi davam edir

Parlamentdə büdcə müzakirəsi davam edir

Bu gün parlamentdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilir.

 Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.


Həmçinin iclasda "Dövlət rüsumu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR