Pakistanda bir gündə 8 məhkum edam edilib

Pakistanda bir gündə 8 məhkum edam edilib
  • DÜNYA

Pakistanda 8 məhkum dar ağacından asılmaqla edam edilib.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Pakistanın Pəncab əyalətinin həbsxanalar üzrə nazirinin müşaviri Çoudxir Ərşad Səid bildirib.
Məlumata görə, onlar qətl törətdikləri üçün barələrində edam hökmü çıxarılıb.
Qeyd edək ki, 2014-cü il dekabrın 16-na kimi Pakistanda edam hökmlərinin icrası dayandırılmışdı. Ancaq həmin tarixdə Pakistanın Peşavar şəhərindəki məktəbə basqından sonra bu hökmün icrası yenidən qüvvəyə minib. Həmin terror aksiyası nəticəsində 150-dən çox insan qətlə yetirilmişdi. Ölüm hökmü qüvvəyə minəndən sonra əvvəlcə terrorçuluqda ittiham olunanları edam edilib.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR