Oğuz və Tərtərdə 4 tondan artıq çətənə kolları aşkarlanıb

Oğuz və Tərtərdə 4 tondan artıq çətənə kolları aşkarlanıb

 Oğuz və Tərtər rayonlarında 4 tondan artıq çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  daxil olan məlumata görə, Oğuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Calud kəndi ərazisində çəkisi 2,5 ton olan 6300 ədəd, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən isə Xoruzlu kəndi ərazisində çəkisi 1,7 ton olan 1025 ədəd yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR