Oqtay Əsədov: Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar

Oqtay Əsədov: Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar

“İki ölkə bir-birini dəstəkləyir”.

Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bazar ertəsi bir qrup rusiyalı jurnalisti qəbul edərkən bəyan edib.
Aktual.az bu barədə interfax.az-a istinadən xəbər verir.

“Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb”, - deyə spiker qeyd edib.

Onun sözlərinə görə, Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tam başa çatdırıb.

O qeyd edib ki, hər iki ölkə bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləyir, hərbi əməkdaşlığı uğurla inkişaf etdirir.

Spiker Azərbaycanda rus dilinə göstərilən qayğını qeyd edib və bu gün respublikada rus dilində 300-dən artıq məktəbin fəaliyyət göstərdiyini, bu dilin bütün ali məktəblərdə tədris olunduğunu vurğulayıb.

O.Əsədov Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bəyan edib və ölkələr arasında ticarət dövriyyəsinin 4 mlrd. dollar təşkil etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın 500-dən artıq şirkəti fəaliyyət göstərir ki, bunun da 300-ü Rusiya kapitalına malikdir.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR