Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Təhlükə olan coğrafiyalarla bağlı ilkin olaraq xəbərdarlıqlar verilir.
Aktual.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, təhlükəli bölgələrə səfər etməməklə bağlı vətəndaşlara çağırış edib:
"Yaxın Şərqdə son hadisələr nəticəsində vətəndaşlarımızın evakuasiyası ilə bağlı ilkin fürsət yaranan kimi məşğul olduq. Müxtəlif vəziyyətlərdə konsulluq xidməti göstərildi, bu fəaliyyət mütəmadi davam edəcək. Son illər ərzində Yaxın Şərqin müxtəlif bölgələrində keçmişdə də mövcud olan münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, oradan çıxarılması üçün müxtəlif partnyorlarla işləməklə çətin durumda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır. Son illər ərzində 600-ə yaxın Azərbaycan vətəndaşının ölkəyə qaytarılması təmin edilib, bu gün də bu iş davam edir.
Xəbər 196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR