Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan etibarən məzuniyyətə gedəcək və bu məzuniyyəti Ermənistanda keçirməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə o, iyulun 9-da keçirdiyi brifinqdə jurnalistlərin məzuniyyət planları və gələcək iş qrafiki ilə bağlı suallarını cavablandırarkən deyib.
O, rəsmi məzuniyyətə baxmayaraq, iş proseslərindən tamamilə təcrid olunmayacağını və xüsusilə regional gündəmlə bağlı məsələləri izləyəcəyini vurğulayıb.
"Bəli, sabahdan etibarən məzuniyyətdə olacağam. Məzuniyyəti Ermənistanda keçirməyi planlaşdırıram. Amma təbii ki, regional xarakterli məsələlər də daxil olmaqla, zərurət yaranarsa, gündəlik olaraq işə cəlb olunacağam", - deyə Paşinyan əlavə edib.
Xəbər 72 dəfə oxunub.