Obamanın tətil xərcləri amerikanları ayağa qaldırdı: 70 milyon dollar

Obamanın tətil xərcləri amerikanları ayağa qaldırdı:   70 milyon dollar
  • DÜNYA

ABŞ-ın prezidenti Barak Obama prezidentlik dönəmində ailəsi ilə birlikdə çıxdığı tətillərə 70 milyon dollar pul xərcləyib.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, ABŞ-ın çox oxunan saytlarından olan “Judial Watch” bu barədə məlumat yayıb. Saytın xəbərinə görə, Obama ailəsi sonuncu dəfə yeni il tətili Havay adalara gedib.

Obamanın bu qədər yüksək xərclərlə tətil keçirməsi amerikan ictimaiyyətində də narazılığa səbəb olub. Belə ki, əhali prezidentin onların vergiləri hesabına dəbdəbəli tətil keçirməsini tənqid edib.

Saytın yaydığı məlumatda qeyd edilir ki, Obama istirahətə həyat yoldaşı, 2 qızı, personalını, yaxın dostlarını, eləcə də ev heyvanlarını da aparır.

Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR