Obama ölən uşaqlardan danışarkən ağladı – VİDEO

Obama ölən uşaqlardan danışarkən ağladı   – VİDEO
  • DÜNYA

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ABŞ-da silah satışına nəzarət mexanizmlərinin gücləndirilməsinə dair əlaqədar nitq söyləyərkən ağlayıb.

Aktual.az AzVision.az-a istinadən  xəbər verir ki, onun çıxışını əks etdirən kadrlar Ağ evin rəsmi saytında yerləşdirilib. 


ABŞ prezidentinin emosional reaksiyasına səbəb ölkədə ictimai yerlərdə törədilən atışmalar nəticəsində Santa-Barbara tələbə şəhərciyi, Çarlston kilsəsində, Yuta və Kolumbiyada və s. ölənləri xatırlaması olub.

“Hər dəfə həmin uşaqlar haqqında düşünəndə özümdən çıxıram. Yeri gəlmişkən, bu vəziyyət Çikaqo küçələrində hər gün baş verir.

Beləliklə, bizim hər birimiz Konqresin silah lobbisinə qarşı çıxmaq üçün cəsarət sahibi olmağa ehtiyac duyuruq. Bizim hər birimiz ayağa qalxıb vətəndaşları qorumalıyıq”, - ABŞ prezidenti bəyan edib.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR