"Obama edamın qarşısını ala bilərdi"

  • DÜNYA

"ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salmanla dostluq münasibətlərindən istifadə edərək, bu edamın qarşısını ala bilərdi".

Aktual.az Report-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan Baqir Nimr əl-Nimrin qardaşı, iş adamı Məhəmməd əl-Nimr Türkiyənin "Habertürk" televiziyasına müsahibəsində deyib.
Məhəmməd əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: "Ancaq onun administrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar", - deyə o söyləyib.
O, qardaşının edam edilməsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb.

Məhəmməd əl-Nimr şiələrin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: "Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik".

Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR