O sizə sağlam uşaq bəxş edəcək - VİDEO

O sizə sağlam uşaq bəxş edəcək   - VİDEO

Fransa təhsilli uzman, Avropa Ginekoloqlar Cəmiyyətinin üzvü, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun mama-ginekoloqu, ginekoloq-cərrah, Dr. İlahə Quliyeva Alodoctor.az portalında qadın sonsuzluğunun müalicə üsulları ilə bağlı məqalə ilə çıxış edib .

Hazırda Respublika Kilik Xəstəxanası və “Baku Medical Plaza”da müasir ginekologiyanın ən son yeniliklərini tətbiq edən Dr. İlahə Quliyevanın qadın sonsuzluğunun müalicəsində endoskopik müdaxiləyə həsr olunmuş yazısını oxuculara təqdim edirik:

Sonsuzluğun müalicəsində bu və ya digər əlavə reproduktiv texnologiyaların tətbiqindən öncə çox zaman endoskopik müdaxilənin aparılması qaçılmazdır.

Endoskopiya — geniş mənada insan orqanizmindəki boşluqlara kiçik videokameraların, yəni endoskopun köməyilə baxılmasıdır.

Əgər qarın boşluğuna baxırıqsa, deməli söhbət laparoskopiyadan gedir. Əgər uşaqlıq boşluğu və servikal kanala baxırıqsa , artıq histeroskopiya nəzərdə tutulur.

Histeroskopiyaya göstərişlər geniş spektri əhatə edir. Birinci növbədə uşaqlıq daxilində hər hansı bir patologiyanın olmasını inkar etmək üçün aparırıq. Çünki histeroskopiyanın endometriyanın histoloji müayinəsi ilə birgə aparılması uşaqlıqdaxili patologiyaların diaqnostikasında “qızıl standart” sayılır. Çox zaman müayinə zamanı polip, endometriya qalınlaşması, xroniki endometrit, lütein faza çatışmazlığı və s. aşkarlanır.

Uşaqlıq polipi hamiləliyin baş verməsi üçün ciddi manedir. Uşaqlıq polipinin müasir tibbdə yeganə müalicə metodu histeroskopik üsulla götürülməsidir.

Çox geniş yayılmış endometrial patologiyalardan biri də hiperplaziya-endometriyanın patoloji qalınlaşmasıdır. Əsasən estrogenlərin səviyəsinin nisbi yüksəlməsi (ən çox xroniki anovulyasiya) zamanı yaranır.

Histeroskopik üsulla endometriyanın dəyişilmiş qatının götürülməsi və residivləşmənin hormonal profilaktiktikasını aparmaqla hamiləliyin baş vermə şansını artırmış oluruq.

Histeroskopiyanı aparmaqda əsas göstərişlərdən biri də endometriyanı deformasiya edən miomaların diaqnostikasıdır. Submukoz miomaların müalicəsi yalnız histeroskopik üsulla götürməklə aparılır.

Sonsuzluğa səbəb olan xəstəliklərdən biri də xroniki endometritdir. Spesifik əlamətlərin olmaması və histeroskopik görüntünün az informativliyi bu xəstəliyin diaqnostikasını çətinləşdirir. Belə olan halda histoloji materialın müayinəsi ilə birgə histeroskopiyanın aparılması diaqnozu düzgün qoymağa imkan verir. Lütein faza çatışmazlığı və xroniki endometrit zamanı selikli qişada gedən dəyişikliklər embrionun implantasiyasına səbəb olur.

Diaqnostik histeroskopiya yerli və ya vena daxili anesteziya ilə, operativ histeroskopiya isə vena daxili anesteziya altında aparılır. Müayinə və ya əməliyyatın davam etmə müddəti 5 -10 dəqiqə çəkir. Tam kəsiksiz , ağrısız metoddur. Pasient müayinə bitdikdən 3-4 saat sonra əmək qabiliyyətini tam bərpa etmiş şəkildə ambulator qaydada evə yazılır.

Ancaq təcrübəli yüksək kvalivikasiyalı mütəxəssis bu yüksək texnologiyalardan istifadə etməklə, sonsuzluğun səbəbini videogörüntüləri düzgün interpretasiya etməklə (videogörüntüləri düzgün oxumaqla) təyin edə bilər.

Yəni histeroskopiyanı düzgün etməklə yanaşı, həmçinin görüntülər əsasında düzgün nəticələr çıxartmaq da vacibdir. Bu isə zəngin təcrübə və yüksək ixtisaslı təhsil tələb edir.

Fransada təhsil almış mama-ginekoloq cərrah Dr. İlahə Quliyeva ilə birgə sonsuzluğun müalicəsində endoskopik müdaxilələri aparmaq imkanınız vardır ki, bu da pasientlə birgə ümumi hədəfə—sağlam körpənin döğulmasına xidmət edir.

Dr. İlahə Quliyeva ilə əlaqə üçün:

(050) 365 80 90

Xəbər 8019 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR