Nursultan Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Nursultan Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi. 
D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR