Norveç də 6 saatlıq iş rejiminə keçir

Norveç də 6 saatlıq iş rejiminə keçir
  • DÜNYA

İsveçdən sonra Norveçdə bütün iş yerləri, o cümlədən qocalar evi, xəstəxanalar və avtomobil servis mərkəzləri 6 saatlıq iş rejiminə keçməyə hazırlaşırlar.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Norveçin dövlət və özəl şirkətlərindən verilən məlumatlara görə, iş gününün 2 saat azaldılması əmək məhsuldarlığına müsbət təsir etməlidir.
"İş gününün qısaldılması çalışanların əhval-ruhiyyəsini artırmaqla yanaşı, onların şəxsi həyatlarına, ailələrinə və idmana daha çox vaxt ayırmalarına səbəb olacaq. Sonucda onlar ertəsi gün iş yerinə xoş əhval-ruhiyyədə gələcəklər və əmək məhsuldarlığı da artacaq", - Norveç Əmək Şurasının açıqlamasında deyilir.
Norveçdə iş günü 2 saat azaldılarsa, iş vaxtı sosial şəbəkələrdə mümkün qədər az vaxt keçirmək tələb olunacaq.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR