Niyə Naxçıvan rəhbərliyi susur?!

Niyə Naxçıvan rəhbərliyi susur?!

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı Naxçıvandan təşkil olunan qara piar kampaniyası durmadan davam edir. 
Bu qədər aramsız hücumun səbəbi nədir?! 
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergi Gömrük Komitəsi vasitəsilə toplanan vəsait daxil yerli büdcənin cəmi 21.7% təşkil edir. Naxçıvan dotasiya hesabına yaşayır. Naxçıvanın boşalmaması üçün yeni iş yerlərinin açılmasını, iqtisadiyyata əlavə investisiyaların qoyulmasını təklif edib. Bunun üçün xüsusi dövlət proqramının qəbul olunmasının zəruriliyini qeyd edib. Qüdrət bəy ümumiyyətlə Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kimsəni bir cümlə ilə belə nəinki təhqir, heç tənqid də etməyib. Ancaq buna baxmayaraq Qüdrət bəyi nazir, deputat, akademik, politoloq, jurnalist, zəhmətkeşlər, YAP-ın Naxçıvan rəhbərliyi və s. şəxslər hər gün durmadan təhqir edir. Sakitləşmək bilmirlər. İndi məni bir məqam düşündürür. Hakimiyyətdə YAP-dır və YAP-ın sədri həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Niyə Naxçıvanda atasına heykəl qoydurulan, atasının adı məktəbə verilən birisinin agenti olan Vidadi İsgəndərlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin, Qurban Məmmədovun təhqirlərinə cavab verilmir və ya verdirilmir?! Bunun səbəbi nədir?! Bəs niyə Naxçıvan rəhbərliyi susur?! Axı söhbət onların lideri İlham Əliyevdən və onun ailə üzvlərindən gedir. Görünür, özlərini "uzaq hədəflərə” hazırlayanların maraqlarına uyğundur ki, Prezident İlham Əliyevə qarşı bu cür iyrənc kampaniya aparılsın. Bu olmasa idi, Naxçıvanın tarixçı akademiki, rəssam deputatı, tərbiyəsiz naziri və s. muzdurları bir dəfə də söyüş söyənlərə cavab verərdilər...
Niyaməddin Orduxanlı
Xəbər 2452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR