Niyaməddin Orduxanlıdan rekord göstərici

Niyaməddin Orduxanlıdan rekord göstərici

Növbəti seçkiyə, fevralın 9-da keçirilən Parlament seçkilərinə qatılıram

BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı beşinci dəfə Abşeron rayonunun Mehdiabad bələdiyyəsinə üzv seçilib.
Bunu Aktual.az-a açıqlamasında Niyaməddin Orduxanlı bildirib.
O, ilk dəfə 21 yaşında Abşeron rayonundan Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildiyini xatırladıb:
"Mənə dəstək olan şəxslərə və bütün abşeronlulara, xüsusən də Mehdiabad qəsəbə sakinlərinə dərin minnətdarlığımı bildirirəm! Bilirsiniz ki, çox gənc yaşlarımdan böyük siyasətə qatılmış gənc siyasətçilərdən biriyəm. 15 ildən artıqdır ki, BAXCP sədri Qüdrət Həsənquliyevin müaviniyəm. Hər zaman Azərbaycanın dövlət maraqlarının müdafiəsində, milli maraqlarımızın qorunmasında öz səyimi əsirgəməmişəm. Təvazökarlıqdan kənar olsa da deyim ki, ölkədə yeganə siyasətçiyəm ki, 1999-cu ildən bu günə kimi yerli özünüidarəetmə institutunda-bələdiyyə seçiklərində iştirak edib, qalib gəlirəm. Mehdiabad qəsəbəsində 45 mindən yuxarı əhali yaşayır və 6000-dən artıq seçicisi var. Son 20 ildə beşinci dəfə idi ki, böyük səs çoxluğu ilə qalib gəlmişəm".
QHT sədri bunu özünün növbətu uğuru adlandırıb:

"Artıq bələdiyyə seçkisinə yekun vurub, növbəti seçkiyə, fevralın 9-da keçirilən Parlament seçkilərinə qatılıram. Sabah partiyamız BAXCP sədrinin müavini kimi parlament seçkilərində hansı dairədən namizəd olacağımı açıqlayacaq".
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR