Maşını səkidə sürdü, həbs olundu

Maşını səkidə sürdü, həbs olundu

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.
Bakı Şəhər DYP İdarəsindən Aktual.az -a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mersedes" markalı, 90 OT 408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR