Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır - Qüdrət Həsənquliyev

Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır - Qüdrət Həsənquliyev

"İkinci Dünya Müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən Müharibəsində olanları yox”

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklk edirik. Qarşıdan 9 May ikinci Dünya müharibəsində qələbənin ildönümü gəlir. Bu münasibətlə mən, hər kəsi təbrik edirəm. Həm də, müharibədə dünyasını dəyişmiş insanları hörmətlə anıram, Allah onların ruhunu şad etsin.
Cənab prezident mayın 2-də Sərəncam imzaladı ki, İkinci Dünya Müharibəsi veteranlarının, onların dul qalmış ailə üzvlərinin, arxa cəbhəə veteranlarının hər birinə min manat, ümumilikdə 3 milyon manat vəsait ayrılın. Buna görə, cənab prezidentə təşəkkür edirəm. Amma məni başqa bir məsələ də düşündürür - bir neçə gün bundan qabaq bizim öz Vətən Müharibəmizdə torpaqlarımızın işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, onlar Prezidentin Sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar. Buna baxmayaraq, təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır”.

Aktual.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili "bu ədalətsizlikdir ki, biz, İkinci Dünya Müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən Müharibəsində olanları yox”, - deyə əlavə edib: "Söhbət 80 manat veteran pulundan gedir. Onlar bildirdilər ki, həmin puldan imtina edirlər. Sadəcə olaraq, ola bilsin ki, "Arxa cəbhə veteranı” adında yeni statusda ad verilsin. Sadəcə istəyirlər ki, bu müharibədə iştirak elədikləri dövlət tərəfindən hansısa formada qeyd olunsun. Bunu da həmkarlarımın və hörmətli sədr, sizin diqqətinmizə çatdırdım. Çox sağ olun, layihəyə səs verəcəyəm”.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR