"Nike" irqçilikdə suçlandı, bir neçə mağazasını bağladı

  • DÜNYA

"Nike" şirkəti çərşənbə günü Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Bu, yerli KİV-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib.


Aktual.az  "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl KİV çimərlik kurortunda çəkilmiş video yayıb. Videoda ağdərili kişi CAR-da irqçi termin hesab olunan təhqiramiz sözlərdən istifadə edir. KİV-in məlumatına görə, bu kişi "Nike"nin marketinq üzrə direktorunun həyat yoldaşıdır.

 

Şirkət mağazaların bağlanmasına münasibət bildirməkdən imtina edib və videodakı kişinin onların şirkətinə aid olmadığını bildirib.

 
Aktual.az 
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR