Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər
davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılaraq
bir sıra binalar, küçələr, istirahət guşələri və parklar əsaslı təmir olunub, "
Abad həyət” layihəsi çərçivəsində zəruri işlər aparılıb, sakinlərin rifahının
daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Son
illər sakinlərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar
salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda
söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır. Rayonun idarə, müəssisə və təşkilatlarında Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının
95 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq ümumrayon
iməciliyi keçirilmişdir.
İməcilik
zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və
bağlarda,yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl
ağaclar və rayonun mərkəzi küçələrində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal
parkında, Asif Məhərrəmov küçəsindəki
parkda, Vaqif prospekti
boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 50000-dən artıq gül əkilmiş, mövcud
yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri
aparılmışdır.
Tədbirdə
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı
Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.
Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində
sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.
Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Aktual.az
Xəbər 109 dəfə oxunub.