Nəsimi rayonu 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə "Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilmişdir.
28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılmışdır
25 may 2017-ci il tarixdə 159 saylı tam orta məktəbdə
28 May-Respublika Günü qeyd edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin
direktoru Vahid Xəlilov açaraq qonaqları salamlamış və sözü Nəsimi Rayon İcra Hakimiyyətinin
Başçısı Asif Əsgərova vermişdir. Asif Əsgərov bildirmişdir ki, 28 May
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli
günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət
qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin
mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa
nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23
ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca
böyük əhəmiyyəti vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın
təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər
Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə
yetirdi. Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün
təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və
banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi
insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu
gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Qonaqlar məktəbin
foyesində uşaqların əl işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə və məktəb
şagirdlərinin ifasında hazırlanmış konsert proqramına tamaşa etmişlər.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları və digər qonaqlar iştirak etmişlər.