Dunya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş
edən xalqımızın mənəvi dəyərlərinin
formalaşmasında və inkişafında qadınlarımızın
rolu böyük olub. Azərbaycan qadını
öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və yüksək analıq keyfiyyətləri
ilə hər zaman xalqımızın adını uca tutub. Eyni zamanda Azərbaycan qadınları
tariximizin butun dövrlərində xalqımızın
taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.
"Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda Nəsimi rayonunda təhsil,
səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid
anaları, veteran ailələri, əmək veteranları,
həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı
ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə
Verdiyeva bildirdi ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları
coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi,
iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının
cəmiyyətdə rolu xeyli artmışdır.Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qaygi və dəstək gücləndi.
Bu gün respublikamızda əsası ulu ondər
Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham
Əliyev tərəfindən layiqincə həyata keçirilir.Gülarə Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai
fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir.
Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam
böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan
dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən
və layihələrdən ətraflı söz açdı.
Tədbirdə Bakı şəhər icra Hakimiyyəri Başçısının
müavini Fidumə Hüseynova cıxış edərək bildirdi ki, Azərbaycan qadınının səsi bu
gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans
və tədbirlərdən gəlir. Qadınların mötəbər qurumlarda təmsil olunması bizim üçün
böyük fəxrdir. Daha sonra Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə
Quliyeva qadınların hüquqlarının qorunmasında, qadınların məşğulluq,
sağlamlıq və sosial problemlərinin həlli
istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin
direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini
Məhəbbət İbrahimova çıxış edərək bildirdilər ki, ulu ondər Heydər Əliyev
tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində
həyata keçirilən tədbirlər bu gün də
uğurla davam etdirilir. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva,
Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın
və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran
ailərinə olan xüsusi diqqət və
qayğısindan ətraflı söz açaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə şəhid
və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup
qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edildi. Görüşün
sonunda Nəsimi rayon qadınları adından Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlandı.
Xəbər 154 dəfə oxunub.