Nəsimi rayonu İlylas Əfəndiyev adına Elitar Gimnaziyada
21 sentyabr- Beynəlxalq Sülh gunu münasibətilə "Sulh göyərçinləri” tədbiri
keçirildi.
Tədbirdə
iştirak edən Nəsimi rayon İcra
Hakimiyyəti başçısnın birinci müavini Gülarə Verdiyeva vurğuladı ki,
Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və
zorakılıqdan qlobal imtina günü kimi qeyd edilir. Bu bayram BMT Baş
Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən
1982-ci ildən qeyd olunmağa başlayıb. Lakin
2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə
BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu
tarixi ümumdünya atəşkəs günü elan edib. Həmçinin
tədbirdə ölkəmizdə həyata keçirilən tədbirlərdə sülhün,
təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulanıb, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Vurğuladı ki,
əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan,
bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi
əhəmiyyət kəsb edir. Qeyd edildi ki, bu gün
qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan
İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə,
qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər
görür. Daha sonra Elitar Gimnaziyanın şagirdləri
sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxdılar. Bütün
məktəblilər Mən fəxr edrəmki Azərbaycanlıyam deyərək azərbaycan bayraqını başları üzərində
dalğalandırdılar.
Xəbər 332 dəfə oxunub.