“Neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir” -BP-nin rəhbəri

“Neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir”  -BP-nin rəhbəri

"Düşünmürəm ki, OPEC-ə üzv olan, habelə digər neft hasil edən ölkələr, o cümlədən Rusiya "qara qızıl"ın qiymətini artırmaq üçün hasilatı azaldacaqlar".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində BP-nin baş icraçı direktoru Bob Dadli deyib.

B. Dadli deyib ki, Rusiya hasilatı 1-2% azalda bilər, lakin bu, neftin qiymətinə təsir etməyəcək.

"Fikrimcə, İran nefti bazara çıxarsa, qiymətlərdə volatillik müşahidə oluna bilər, lakin üçüncü və dördüncü rübdə tələbat bərpa olunacaq ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, cari ilin birinci rübündə müşahidə olunan qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə daha aşağıdır", - deyə şirkət rəhbəri bildirib.

B. Dadli əlavə edib ki, neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR