Neftin qiyməti ilə bağlı -PROQNOZ

Neftin qiyməti ilə bağlı   -PROQNOZ

Beynəlxalq Enerji Agentliyinin prezidenti danışdı.

Neftin qiymətləri uzun bir müddət 45 dollar ətrafında qalacaq.

Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (BEA) prezidenti Fatih Birol deyib.

Avstriyada nəşr olunan Kurier qəzetinə müsahibəsində Birol neft qiymətlərinin təkrar 100 dollar / barel səviyyəsini aşıb aşmayacağı sualına da aydınlıq gətirib:

“Sadəcə, neft qiymətinin bir neçə rüb daha aşağı qalmağa davam edəcəyini söyləyə bilərəm. Neft qiyməti uzun bir müddət 45 dollar / barrel olmağa davam edəcək” - deyə, o qeyd edib.

Bundan başqa, ucuz neftin istehsalçı şirkətlər üçün böyük problem olduğunu ifadə edən Birol, şirkətlərin bu səbəblə yalnız bu il sərmayələrinin 1/5-ni azaltdıqlarını və tarixin heç bir dövründə sərmayələrdə bu qədər güclü bir azalma olmadığını da əlavə edib.\oxuaz

Aktual.az

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR