Neftə tələbat sutkada 20 milyon barel arta bilər

Neftə tələbat sutkada 20 milyon barel arta bilər

Səudiyyə Ərəbistanı yaxın 25 ildə neftə olan tələbatın sutkada 20 milyon barel artacağını gözləyir.

Aktual.az "Report"a istinadən bildirir ki, bunu Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda Krallığın energetika naziri Xalid əl-Faleh deyib.
"Düşünürəm ki, yaxın 25 ildə və ya ona yaxın dövrdə tələbat 20 milyon barel artacaq. OPEC+ sövdələşməsindən çıxmaq yalnız 2018-ci ilin ikinci yarısında bazarı təhlil etdikdən sonra müzakirə oluna bilər", - deyə nazir əlavə edib.
O, nəyinsə dəyişəcəyinə və Səudiyyə Ərəbistanının sövdələşmədən çıxacağına ehtimalın çox az olduğunu da vurğulayıb.

"Biz masa arxasına keçməli və bazara nə lazım olduğunu müzakirə etməliyik, bunu ikinci yarıda qarşımıza məqsəd kimi qoyacağıq və onda biz sövdələşmədən sakit və planlı şəkildə çıxmaq barədə danışa bilərik", - deyə Xalid əl-Faleh bildirib.
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR