Nazirlik 165 əlili istirahətə göndərib

Nazirlik 165 əlili istirahətə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 165 nəfər əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzlərinə göndərib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, istirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, viktorinalar və s. də təşkil olunur. Onların istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir. 

İstirahətə yola salınan əlilliyi olan şəxslər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərə, habelə yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Onlardan artıq 255 nəfəri Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR