Nazir: İş üçün müraciət edənlərin sayı azalıb

Nazir: İş üçün müraciət edənlərin sayı azalıb

"Azərbaycanda iş üçün müraciət edənlərin sayı azalıb”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda ölkənin əmək bazarında vəziyyət sabitləşib: "Bu ilin ilk beş ayında 69 250 nəfər iş üçün Məşğulluq orqanlarına müraciət edib. Ötən ilin eyni dövründə isə müraciətlərin sayı 141 651 olub”.

Nazirin sözlərinə görə, iş üçün müraciət edənlərin sayı 2.2 dəfə azalıb, bağlanan əmək müqavilələrinin sayı artıb.

Məlum olub ki, ilin əvvəlindən 21 350 əmək müqaviləsi bağlanıb: "Müqavilələrin artımı ən çox tikinti sektorunda qeydə alınıb. Bu da onu göstərir ki, tikinti sektorunda müsbət istiqamətə dəyişikliklər var”.
 

Aktual.az 
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR