Nazir: Gələn il pensiyaya çıxanların sayı çox olacaq

Nazir: Gələn il pensiyaya çıxanların sayı çox olacaq

"2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verməsinə, bir çox sahələr üzrə xərclərin ixtisarına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, gələn il də büdcənin sosialyönümlü olması təmin ediləcək. Bu sahələr üzrə xərclər artırılacaq”. 

Aktual.az  xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3%-i məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub.

S.Müslümov əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, Fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər, növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb:

"Belə ki, gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əməkqabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir. 

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 mln. 741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 mln. 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının ilin əvvəlinə nisbətən 3,7% artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır. 

2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 mln. 324 min nəfərə çatacağını göstərir”.
 
Aktual.az 
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR