Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində iyulun 10-da suyun verilişində fasilə olacaq.
Aktual.az xəbər verir ki, diametri 355 millimetr olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həmin gün saat 00:00-dan etibarən Naxçıvan şəhərinin Zərifə Əliyeva, Əliqulu Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq.
Qəzanın aradan qaldırılmasından sonra suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.
Xəbər 98 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR