“NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir” – Baş nazir

“NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir” – Baş nazir

"NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən "NATO-Gürcüstan” xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, təşkilata üzvlük hədəfi Gürcüstan vətəndaşlarının möhkəm iradəsini əks etdirir: "Bu, o qədər vacibdir ki, hətta Gürcüstan Konstitusiyasının yeni redaksiyasına əlavə olunub. NATO ilə ötən il münasibətlər çox dinamik və dolğun keçib. Biz alyansın dəyərli və etibarlı tərəfdaşı olduğumuzu sübut etmişik”.
G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan NATO ilə əməkdaşlıq formatlarından fəal istifadə edir.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR