NATO-nun baş katibi: "Şimali Koreya dünyada sabitliyi pozur"

NATO-nun baş katibi:
  • DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın keçirdiyi hidrogen bombası sınağına münasibət bildirib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Stoltenberq Pxenyanın hərəkətlərini dünyada və regionda sülhün pozulması istiqamətində atılmış destruktiv addım kimi qiymətləndirir.

"Şimali Koreyanın nüvə silahını inkişaf etdirmək istiqamətində apardığı işləri pisləyirik. Pxenyanın nüvə və ballistik raket proqramı dünyada sülhə böyük təhdiddir", deyə Yens Stoltenberq bildirib.

Xatırladırıq ki, bu gün səhər saatlarında Şimali Koreya 6 klotonluq hidrogen bombasının sınağını keçirib.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR