NATO Azərbaycanın bir addımlığında təlimlərə başladı

NATO Azərbaycanın bir addımlığında təlimlərə başladı

Gürcüstanın Vaziani hərbi bazasında NATO-Gürcüstan "Layiqli tərəfdaş - 2016" adı atlında hərbi təlimlər başlayıb.

Aktual.az report-a istinadən bildirir ki, təlimlərdə iştirak etmək üçün 650 amerikalı və 150 britaniyalı hərbçi Tbilisiyə gəlib.

Təlimlərdə 500 gürcüstanlı hərbçi iştirak edir.

Xatırladaq ki, sayca ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26-da Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə ( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR