Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və tam orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərəleyhinə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir. 5 iyul 2017-ci il tarixdə «26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonhüquq
mühafizə orqanlarının, pedaqoji işçilərin və gənclərin nümayəndəlrinin iştirakı
ilə keçirilən tədbiriNəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Nəsimi rayon komissiyasının sədri Anar Tağıyev açıqelan edərək
bildirmişdir ki, Nəsimi rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı
mübarizə tədbirləri daha da genişləndirilmişdir. Keçirilən tədbirlər epizodik
deyil konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz
əlaqələrini daha da möhkəmlətməlidirlər. Qeyd olunmuşdur ki, bəşəriyyətin
gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız
dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox
zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla
mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət
Proqramı”nı təsdiq edib. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi
tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan
tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin
müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından
ibarət olduğunu vurğuladı. Anar Tağıyev rayonda narkomaniya probleminə qarşı
mübarizə tədbirlərindən danışaraq qeyd etdi ki, narkomaniya ilə mübarizə və
onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin
formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. O,
yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm
əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Nəsimi RİH tərəfindən təşkil
olunan tədbirlər barədə məlumat vermiş, narkomaniya ilə bağlı keçirilən
tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu
dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından
ibarət olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən,Nəsimi rayon Polis İdarəsinin şəxsi heyəti
üzrə rəis köməkçisi Vüsal Rüstəmov, Nəsimi rayon Prokurorunun köməkçisi Ramiz Rzayev,
Səhiyyə Nazirliyinin İctimai Səhiyyıə vıə İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadə və
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar
Tağıyev ölkənin hər yerində narkomanlığa qarşı
mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş
şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və
digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər.
Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət
nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər
bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.
Tədbirdə Bakı Gənclər Klubu İB-nin sədri Azər Cavadov, "Yeni həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, "Gənclərin Tənhalara Dayaq” İB-nin sədri Xoşbəxt Seyidova, "Həkimlər və Təbib Tələbələr” İB-nin sədr müavini Aqil Abbasov çıxış edərək ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.