Namizədlərə verilən vaxt başa çatdı

Namizədlərə verilən vaxt başa çatdı

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən deputatlığa namizədlərə ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi üçün verilən vaxt bu gün başa çatıb.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən deputatlığa namizədlər ikinci ilkin maliyyə hesabatını 2015-ci il oktyabrın 12-dən oktyabrın 22-dək, yəni səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalmış təqdim etməlidirlər.

Qeyd edək ki, deputatlığa namizədlərin ilkin maliyyə hesabatını qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təqdim edə bilərlər.

Namizədlərin təbliğat-təşviqat kampaniyası dövründə xərclədiyi pullar da maliyyə hesabatına daxildir.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR