"Mövsümi depressiya"dan necə qurtulmalı?


Hava dəyişkənliyi səhhətimiz kimi psixologiyamıza da təsir edir.

Bu, xüsusilə də özünü gənclər arasında özünəqapanma, cəmiyyətdən uzaqlaşma, depressiv hallar şəklində büruzə verir.

Mövzu ilə bağlı ATV.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, buna mövsümi depressiya adı verilir və daha çox payız və yaz aylarında müşahidə olunur:

"Mövsüm dəyişəndə əhval-ruhiyyədə də bəzi dəyişikliklər olur. İnsan bu aylarda daha həssas olur. Belə hallar payız ayında daha çox müşahidə olunur. Buna da səbəb havanın tez qaralması, soyuq olması və insanların bu səbəblə qapalı mühitdə daha çox vaxt keçirməsidir.

Meteohəssas insanlar hava qaralanda özlərini pis hiss edirlər. Adətən, bu cür insanlar tək qalmağa üstünlük verirlər. Bu hal təqdir edilmir. Həmin insanların müvəqqəti özlərini narahat hiss etmələri normaldır. Yox, əgər bu, davamlı olarsa, mütləq profilaktik tədbirlər görülməli, psixoloq dəstəyi alınmalıdır.

Qarşısını necə almaq olar?

Bu cür insanlar depresiyaya keçməmək üçün öncədən qabaqlayıcı işlər görə bilərlər. Açıq havada daha çox vaxt keçirə bilər, zaman-zaman havanın tez qaralmasına adaptasiya ola bilərlər. Bir sözlə, aktivliyi artırmaq, doğmalarla daha çox vaxt keçirməklə bunun qarşısını almaq olar".

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR