İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkıəzindən məlumat verilib.
Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 24 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram 406,518 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, 15038 ədəd müxtəlif tərkibli həb məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.
Xəbər 55 dəfə oxunub.