Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı

"Müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
Onun sözlərinə görə, avqustun 1-dək imtahanların keçirilməsinin yekunlaşdırılması planlaşdırılır.

Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün iyulun 2-dən elektron sənəd qəbuluna başlanıldığını deyən M.Camalzadə bu prosesin iyulun 8-də başa çatacağını söyləyib.
O bildirib ki, indiyədək müsabiqədə iştirak üçün 20 mindən artıq namizəd qeydiyyatdan keçib. Onların təqribən 16 min nəfəri elektron ərizəsini təsdiq edib.
 
Aktual.az
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR