Müəllimlərin işə qəbulu üçün də yeni qaydalar hazırlanır

Müəllimlərin işə qəbulu üçün də yeni qaydalar hazırlanır

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O bildirib ki, bu sahədə bir sıra yeniliklər də olacaq: "Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il daha çox namizəd sayı gözləyirik, çünki vakansiyalar ın sayı artıq olacaq”.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: "Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar.
C.Valehov əlavə edib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək: "Yaxın zamanda təlimlərlə baģlı ictimaiyyətə məlumat veriləcək. Aprelin 1-dən bu günə qədər paytaxtdan əlavə, digər şəhər və rayonlar məktəblərində direktor olmaq istəyən 2000-dən çox namizəd elektron qeydiyyatdan keçib. Halbuki keçən il ümumi müraciətlərin sayı 3000 min idi. Proses davam etdiyindən bu il üçün müraciət edənlərin syında artım olacağını gözləyirik”.
Eşqi Bağırov onu da deyib ki, Azərbaycanda müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub. Təhsil Nazirliyində müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: "Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.
E.Bağırov vurğulayıb ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. Onun sözlərinə görə, bu proses  bütün müəllimləri əhatə etməyəcək: "Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır”.
 
Aktual.az
Xəbər 815 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR