Müdafiə Nazirliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib

Müdafiə Nazirliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Vaqif Cəfərov” kran, "Nefteqaz-58” təchizat-yedək, "Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dalğıcları cəlb olunmuşdular.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR