MTN generalı və digərlərinin həbs müddəti uzadıldı

MTN generalı və digərlərinin həbs müddəti uzadıldı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin həbs müddəti uzadılıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.
Qeyd edək ki, həmin şəxslərin barəsində olan cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra o, həbs edilib.
MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.
 
Aktual.az 
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR