MSK Tənzilə Rüstəmxanlının namizədliyi ilə bağlı qərar verdi

MSK Tənzilə Rüstəmxanlının namizədliyi ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Tənzilə Rüstəmxanlının müaciətinə baxılıb.

 T.Rüstəmxanlı dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, T.Rüstəmxanlının müraciəti araşdırılıb və məlum olub ki, onun təqdim etdiyi 550 seçici imzasının 183-ü saxtadır. Belə ki, dairə seçki komissiyasının qərarı araşdırılıb və məlum olub ki, T.Rüstəmxanlıya səs verən 183 seçici sonradan dairə seçki komissiyasına müraciət edərək bildirib ki, onların imzaları aldadılmaq yolu ilə alınıb. Seçicilər imzalarını T.Rüstəmxanlıya verdiklərindən xəbərsiz olduqlarını bildirib və DSK-dan imzaların etibarsız hesab edilməsini xahiş ediblər.

Bunu nəzərə alaraq MSK dairə seçki komissiyasının T.Rüstəmxanlının namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarını qüvvədə saxlayıb və onun namizədliyi qeydə alınmayıb.\trend

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR