Moskva aeroportlarında 30-dan çox təyyarə reysi gecikib və ləğv edilib

Moskva aeroportlarında 30-dan çox təyyarə reysi gecikib və ləğv edilib

Rusiya paytaxtının aeroportlarında 30-dan çox təyyarə reysi gecikib və ləğv edilib.


ONA-nın gazeta.ru saytına istinadən verdiyi məlumata görə, Vnukovo aeroportunda 8 reysin gecikdiyi, 3 reysin isə ləğv edildiyi bildirilib.  

Domodedovo hava limanında 6 reysin gecikdiyi, 9 reysin ləğv olunduğu, Şeremetyovo aeroportunda isə 8 reysin gecikdiyi elan edilib.

Bundan əvvəl Moskvada pis hava şəraiti səbəbindən 20 təyyarə reysi gecikmiş və ləğv olunmuşdu.

Qeyd edək ki, Rusiya paytaxtında güclü qar yağıb.  

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR