Mir Şahin təhqirə keçdi: Sizin ana və bacınızı...

Mir Şahin təhqirə keçdi: Sizin ana və bacınızı...

"Barəmdə şər yazanlar, hazırlaşın, amma narahat olmayın, təhqir edilməyəcəksiz"

Telejurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanal - "Real” TV-nin bu gündən peyk yayımına başlayacağı gözlənilir.

"Azərspace-1” peykində yayıma başlayacaq yeni telekanalda toplanan komandanın əsasən keçmiş ANS-çilərdən təşkil olunduğu bildirilir.

Sosial şəbəkələrdə Mirşahin Ağayevin iki illik fasilədən sonra yenidən Azərbaycan teleməkanına qayıdışı barədə müzakirələr açılıb. Müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərdən telejurnalisti təbrik edənlərlə yanaşı, ona yönəlik ittiham səsləndirənlər də az deyil.

Mirşahin Ağayev teleməkana qayıdışını öz arşını ilə ölçənlərə sərt cavab verib:

"Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh,  daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə... sevəcəm!!!”.
Xəbər 2806 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR