Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçdi - MN

Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçdi - MN

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib.

Aktual.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur", - nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR