Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.
Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.
Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR