Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı
  • İDMAN

1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandamız 2016-cı il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. Millimiz ilk oyununu turnirin ikinci günündə, yanvarın 4-də keçirəcək. Yerli vaxtla 14:15-də başlayacaq matçda rəqibimiz Litva olacaq.

Yanvarı 6-da millimiz Bolqarıstanla üz-üzə gələcək. Bu görüşün başlama vaxtı 16:30-dur. Qrupdakı son oyununda isə futbolçularımız sloveniyalı həmyaşıdları ilə qarşılaşacaqlar. Yanvarın 8-də keçiriləcək oyun yerli vaxtla 19:00-da başlayacaq.

Turnidə qrup oyunları yanvarın 9-da yekunlaşacaq. Yanvarın 11-12-də isə həlledici oyunlar baş tutacaq. Budəfəki turnirin təqvimi bir qədər fərqlidir. Belə ki, millimiz yalnız qrup qalibi olacağı halda, birbaşa yarımfinala vəsiqə qazanacaq. Qrupda digər yerləri (2, 3, 4) tutacağı təqdirdə isə millimizin neçənci yer uğrunda mübarizə aparacağı digər qrupların nəticəsindən asılı olacaq.

Qeyd edək ki, "Peterburqski" İdman-Konsert Kompleksində keçiriləcək turnirə yanvarın 3-də, Estoniya - Moldova matçı ilə start veriləcək.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR