Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

2030-cu il üçün hazırlanan proqramda qadınların imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır.
Aktual.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini Əminə Məhəmməd (Amina Mohammed) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, qadınların layiqli həyat şəraiti təmin edilməli, xüsusilə uyğun yaşayış mühitləri yaradılmalıdır:
"Qadınların maliyyə resurslarına çıxışı asanlaşdırılmalı, kredit imkanlarından istifadə etmələri üçün şərait yaxşılaşdırılmalıdır. İlk növbədə qadın hüquqları tam təmin edilməli və bu sahədə mövcud məlumat boşluğu aradan qaldırılmalıdır”.
Ə.Məhəmməd qeyd edib ki, qadınların və onların ailələrinin daha yaxşı yaşaması üçün rəhbərlik və rəsmi qurumlar birgə fəaliyyət göstərməli, proqramların hazırlanması və icrası koordinasiyalı şəkildə həyata keçirilməlidir:
"Bir çox yerlərdə böhranlı vəziyyətlər yaşanır və bu, nəzərə alınmalıdır. Böhranlardan sonra cəmiyyətin yenidən uyğunlaşması və sosial sabitliyin bərpası üçün sistemli yanaşma tətbiq edilməlidir”.
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR