WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib.
Aktual.az xəbər verir ki, bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimi bədii proqramla başlayıb, videoçarxlar nümayiş edilib.
Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib:
"Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir”.
O diqqətə çatdırıb ki, bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır.
Daha sonra mərasimdə WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görülən işlərlə bağlı detallı məlumatları iştirakçılarla bölüşüb:
"Forum beynəlxalq medianın diqqət mərkəzində olub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib:
"Bakıda keçirilən Dünya Şəhər Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır”.
Daha sonra bağlanış mərasimində müxtəlif ölkələrin nümayəndələri və BMT rəsmilərinin fikirləri dinlənilib.
Bağlanış mərasimində çıxışlardan sonra konsert proqramı keçirilib.


Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR