İyunda 2 dəfə ardıcıl 3 gün iş olmayacaq

İyunda 2 dəfə ardıcıl 3 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri müəyyənləşib.
Aktual.az xəbər verir ki, iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Belə ki, bura iki rəsmi bayram və dörd həftəsonu günləri daxildir.
15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələr Günüdür. Qeyd olunan tarixlər müvafiq olaraq bazar ertəsi və cümə gününə təsadüf edir.
Bununla yanaşı, 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun isə şənbə və bazar günləridir.
Onu da əlavə edək ki, iyunun 13-də, 14-də, 15-də, həmçinin 26, 27 və 28-də ardıcıl olaraq qeyri-iş günləri hesab ediləcək.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR