Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Elnar Məmmədli Ceyhun Əli ilə əvəzlənib

Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli kollektivə təqdim olunub.
Aktual.az  "Report"a istinadən xəbər verir ki, təqdimatı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev edib.
Qeyd edək ki, mayın 5-də parlamentin mətbuat katibi postuna AZTV-nin əməkdaşı Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayılmışdı. Lakin son anda E.Məmmədli Ceyhun Əli ilə əvəzlənib.
Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb. O, bir sıra qurumlarda, o cümlədən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətində (ATV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentində çalışıb.
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR