Milli Məclisin üzvləri ATƏT PA-nın Tbilisidəki regional konfransında iştirak edir

Milli Məclisin üzvləri ATƏT PA-nın Tbilisidəki regional konfransında iştirak edir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) "Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, iki gün davam edəcək regional toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Qırğızıstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistandan olan parlamentarilər iştirak edirlər.
Azərbaycanı beynəlxalq tədbirdə ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar - Asim Mollazadə və Sevinc Fətəliyevatəmsil edirlər.
Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, effektiv nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılacaq.
Konfransı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutu birgə təşkil edib. Tədbirə həmçinin beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR